Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA-ya daxil olmuş müraciətlərin 3 %-i məhkəmə icraatındadır - BBN

KOBİA-ya daxil olmuş müraciətlərin 3 %-i məhkəmə icraatındadır

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 1 227 müraciətin 39-u, 2023-cü ilin I yarısında daxil olmuş 664 müraciətin isə 21-nin (3,2 %-nin) məhkəmə icraatında olduğu müəyyən edilib.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda Ali Məhkəmənin “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla keçirdiyi görüşdə bildirib.

“Daha əvvəlki dövrləri nəzərə alsaq, müraciət nisbətində azalma var və bu, müsbət tendensiya kimi qiymətləndirilə bilər. Sahibkarlarının qaldırdığı məsələlərin həlli ilə bağlı istər müvafiq işçi qrupları çərçivəsində, istərsə də digər işçi formatlarda aidiyyəti qurumlarla işlər aparılıb. Təkliflər səsləndirilib ki, bundan sonra bu işlərin həm də Ali Məhkəmə ilə birgə aparılması biz və sahibkarlar üçün çox əhəmiyyətli olardı”,- deyə o qeyd edib.

Report

Related posts

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Avropa Mərkəzi Bankı: Avrozonada inflyasiya fevralda hədəfə yaxınlaşıb, lakin enerji qiymətləri risk yaradır

Güclü dollar qızılı təzyiq altında saxlayır: qiymətlər həftəlik enişə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı