KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edilib.

Yanvarın 23-də “Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş forumda KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, bznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı qeyd edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, qida sektorunda çoxsaylı sahibkarlar fəaliyyət göstərir. Təkcə 2019-cu ildə bu sahədə 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qida sektorunda biznesin səmərəli təşkili üçün KOB-ların bilik və bacarıqlarının artırılmasına, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə, yerli istehsal olan qida məhsullarının satış və logistikasına diqqətin artırılmasına, dövlət dəstək mexanizmlərinin təşviqinə ehtiyac var.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə çıxışlarında qida sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu, bu sahədə son zamanlar həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş dəyişikliklər və layihələr barədə məlumat veriblər.

Həmçinin, forumda KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək mexanizmlərinə dair video çarxlar nümayiş olunub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirilir. 2019-cu ildə KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda 6 forum keçirilib və belə tədbirlər 2020-ci ildə də davam etdiriləcəkdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı