KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə quşçuluq ilə bağlı ictimai müzakirə təşkil olunub

Tədbirdə quşçuluq sektorunun təmsilçilərinin çətinlikləri və inkişaf ehtiyacları müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Quşçuluq sənayesi – yerli istehsalın artırılması, idxal və ixrac əməliyyatlarının inkişafı istiqamətində sahibkarlara göstərilən dəstək mexanizmləri” mövzusunda ictimai müzakirə təşkil olunub.

“Bakı KOB evi”ndə keçirilən tədbirdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına üzv olan sahibkarlar, müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

Tədbirdə quşçuluq sektorunun mövcud vəziyyətinə, bu sahədə fəaliyyət göstərən sahibkarların çətinliklərinə və inkişaf ehtiyaclarına, perspektiv imkanlara dair fikir mübadiləsi aparılıb. İctimai müzakirədə sahibkarlar tərəfindən idxal-ixrac əməliyyatları, müasir quşçuluq təsərrüfatlarının yaradılmasına dəstək, yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və s. məsələlər qaldırılıb. Sahibkarların bir sıra müraciətləri araşdırılması üçün tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri tərəfindən qeydiyyata alınıb, dövlətin bu istiqamətdə dəstək alətləri barədə məlumat verilib, iş adamlarını maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı