İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə müştərilərinə kommersiya xidmətləri təklif edən şirkətlərin dəyərinə görə sıralamasını əks etdirən “Commercial Services 100 2022” hesabatını dərc edib.
Hesabata istinadən, sözügedən kateqoriyada son dörd ildə dünyanın ən dəyərli şirkəti və ən güclü brendi “Deloitte” olub. Belə ki, şirkətin marka dəyəri ötən ilə nisbətən 12% artaraq, 29.8 milyard ABŞ dolları olub. “American Express” 16% bahalaşaraq, 27.2 milyard ABŞ dolları ilə ikinci pilləyə yüksəlib. Üçüncü olan “VISA” şirkətinin ümumi dəyəri isə 2% artaraq 27.1 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “EY” (23.24 milyard $) və “PwC” (23.17 milyard $) şirkətlərinə layiq görülüb