“Komplayens funksiyasının kənar təşkilatlara ötürülməsi rəhbərin nəzarətində qalmalıdır”

“Deloitte Azərbaycan”da xidmət direktoru Emil Qarayev “Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması” mövzusu ilə II Bançılıq Forumunun 3-cü panelində çıxış edib.

O forumda komplayens, komplayens riskləri, risk əsaslı kamplayens yanaşması, komplayens funksiyası  və əsas istiqamətləri, əsas fəaliyyət prinsipləri, resurslar və cavabdehlik prinsipləri haqqında ətraflı məlumat verib.

Bildirib ki, komplayens funksiyasının əsas vəzifəsi komplayens risklərinin idarə olunması ilə bağlı yüksək rəhbərliyə dəstək verməkdir.  Bu səbəbdən də qeyd olunan sahədə komplayens funksiyasının, habelə digər struktur bölmələrin cavabdehlik sahələri aydın şəkildə müəyyən olunmalıdır.

“Komplayens bank daxilində risklərin idarə edilməsi üzrə ən vacib funksiya hesab oluna bilər. Komplayens funksiyasının müəyyən hissəsinin kənar təşkilatlara ötürülməsi mümkün olsa da bu proses Komplayens funksiyasının rəhbərinin nəzarətində qalmalıdır”,- deyə  Emil Qarayev qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır