Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Komplayns Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib - BBN

“Komplayns Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

14 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib.

Görüş zamanı konvertasiya əməliyyatlarından irəli gələn məsələlər və vəsaitlərin mənbəyini təsdiq edən sənədlər müzakirə edilmişdir. Əlavə olaraq, görüşdə müvafiq məsələlər üzrə atılacaq addımlara dair fikirlər səslənmişdir. Fikirlər dəyərləndirildikdən sonra müvafiq qurumlara müraciətlərin edilməsi qərarına gəlinmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycan Mərkəzi Bankı və “Komplayens Assosiasiyası” arasında Anlaşma Memorandumu imzalanıb

Pensiyaçılar öz bankını seçə biləcəkmi? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı