“Komplayns və risk üzrə dəyirmi masa” keçirilmişdir

24-25 noyabr 2022-ci il tarixlərində, baş tutacaq “VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində həyata keçirilən yan tədbirlərdən növbətisi baş tutub.

Azərbaycan Banklar Assosiasiyası və “LexisNexis Risk Solutions” şirkətinin birgə təşkilatçılığı ilə 23 noyabr 2022-ci il tarixində “Komplayns və risk üzrə dəyirmi masa” adı altında tədbir keçirilib. Tədbirdə “LexisNexis Risk Solutions” şirkətinin biznesin inkişafı üzrə regional meneceri xanım Marta Nişta əlaqədar təcrübələrini paylaşmışdır.

Görüş zamanı “KYC” proseslərinin təşkili, fırıldaqçılıq halları ilə bağlı maliyyə itkilərini azaltmağın təsirli yolları, fırıldaqçılarla mübarizədə qlobal məlumatların rolu, müxbir əlaqələrinin qurulması kimi mövzulara toxunulmuşdur.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı