Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Konfederasiya ilə BƏT “COP-29” çərçivəsində əməkdaşlığı genişləndirir - BBN

Konfederasiya ilə BƏT “COP-29” çərçivəsində əməkdaşlığı genişləndirir

Mayın 22-də Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə əsas məqsəd layiqli əməyin təmin olunması, COP-29-da BƏT üzvlərinin iştirakı və BƏT ilə ASK arasında qarşıda duran birgə fəaliyyət məsələləri müzakirə olunub.

Konfederasiyanın prezidenti Məmməd Musayev ölkəmizdəki biznes mühiti, Baş Kollektiv Saziş və Üçtərəfli Komissiya çərçivəsində görülən işlərə dair ətraflı məlumat verib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının son illərdəki fəaliyyətinə BƏT-in xüsusi diqqət yetirdiyini vurğulayan qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktor müavini Mixail Puşkin, “Daha faydalı və səmərəli işlər görürsünüz. Konfederasiya haqqında beynəlxalq ekspertlərin rəyləri də müsbətdir”, – deyə vurğulayıb.

O, COP-29 çərçivəsində BƏT-in ASK ilə birgə fəaliyyətdə maraqlı olduğunu bildirib və daha sıx əməkdaşlıq şəraitində işləməyi təklif edib.

M.Musayev bildirib ki, Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birlikdə COP-29-da aktiv iştirakla bağlı razılıq əldə olunub və Konfederasiya bu proseslərdə BƏT ilə də əməkdaşlığa hazırdır.

Related posts

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı