Konteyner daşımalarına nəzarət mövzusunda təlim təşkil olunub

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən konteyner daşımalarına nəzarət mövzusunda beşgünlük təlim bu gün başa çatır.

BBN.az xəbər verir ki, Təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.

Təlim iştirakçılarına ÜGT-nin Konteynerlərə dair Konvensiyası, konteynerlərin xüsusiyyətləri, konteynerlərin izlənməsi üzrə təcrübələr, dəniz ticarət sənədləri, risklərin idarə edilməsi, konteynerlərin profillərinin yaradılması və seçilməsi, narkotiklərin müəyyənləşdirilməsi və təsnifatı, konteynerdə axtarış və konteynerlərlə bağlı təhlükəsizlik məsələləri, konteynerlərdə qaçaq malların gizlədilməsi və digər mövzularda bilgi verilir.

Qeyd edək ki, təlimçilər Gerhard Retief və Sandra Vens təlim zamanı qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır