Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib

Mayın 22-23 tarixlərində Daşkənd şəhərində BМТ-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində 6-cı illik regionlararası görüş keçirilib.

Tədbirə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız, Pakistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan gömrük orqanlarının nümayəndə heyətləri, eləcə də BМТ-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və digər beynəlxalq tərəfdaşların nümayəndələri qatılıb.

Görüşdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Mayın 22-də, tədbirin açılış mərasimində Özbəkistan Respublikası Hökumətinin, eləcə də BMT NCİ və ÜGT-nin nümayəndələri çıxış ediblər.

Mayın 23-də isə “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində prioritet məsələlər və ehtiyaclar” mövzusunda 3-cü sessiya keçirilib. Sessiyada nümayəndə heyətlərinin çıxışları dinlənilib və mövzu ətrafında üzv ölkələr, BMT NCİ, ÜGT və donor ölkələrin təmsilçiləri müzakirə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır