Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Koreyanın alıcı missiyası Azərbaycana gəlib - BBN

Koreyanın alıcı missiyası Azərbaycana gəlib

Səfərin birinci günündə alıcı missiyasına həsr olunan açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Koreyaya ixracının artım imkanları müzakirə olunub, Koreya şirkətləri yerli məhsullarla tanış olublar.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) rəhbərlik etdiyi Cənubi Koreya şirkətlərinin Azərbaycana alıcı missiyasına həsr olunmuş tədbir keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin Koreyanın ticarət və investisiyaları təşviq edən təşkilatları ilə qurulan sıx əməkdaşlıq əlaqələri haqqında bəhs edərək, birgə işgüzar tədbirlərin təşkil edilməsini, o cümlədən Koreyada keçirilən sərgilərdə yerli ixracatçıların iştirakını iki ölkənin sahibkarları arasında tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini bildirib.

Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, Koreyada Azərbaycana marağın əhəmiyyətli dərəcədə artığını qeyd edib.

KOIMA-nın sədri Kim Ben-Kvan Koreya sənayesinin fəaliyyətində idxal mallarının mühüm rolunu qeyd edib. O, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarına Koreyada mühüm tələbin olduğunu bildirərək, ixracın genişləndirilməsi potensialını yüksək qiymətləndirib.

Tədbirin sonunda koreyalı nümayəndə heyəti 30-dan çox Azərbaycan şirkətinin təmsil olunduğu sərgidə yerli məhsullarla tanış olub, onların dequstasiyasını keçiriblər.

Qeyd edək ki, Koreya nümayəndə heyəti alıcı missiyası çərçivəsində ölkənin müxtəlif regionlarında qida və şərab istehsalı müəssisələrini ziyarət edəcək, həmçinin müxtəlif qurumlarla görüşlər keçirəcək.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

AccessBank QSC ManageEngine Endpoint Central tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı