Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətləri və imkanları genişləndirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödənişlərin və ianələrin sayı artmaqdadır.

Həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada qəbulunun təşkili üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nda qeyd olunan hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə xüsusi funksionallıq və mexanizm yaradılıb.

İctimaiyyətin diqqətinə çatdırılır ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (www.gpp.az/kmdf) və mobil əlavəsindən (Android iOS platformalı) istifadə etməklə günün istənilən saatı həmin hesablara vəsaitlərini köçürə bilərlər.

Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı