Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Koronavirusun özəl məktəbəqədər təhsil, hazırlıq kursları və idman-sağlamlıq sektorlarına təsiri müzakirə edilib - BBN

Koronavirusun özəl məktəbəqədər təhsil, hazırlıq kursları və idman-sağlamlıq sektorlarına təsiri müzakirə edilib

Koronavirus (COVID-19) pandemiyasının özəl məktəbəqədər təhsil müəssisələrinə, dil və hazırlıq kurslarına, idman-sağlamlıq sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin videokonfrans formatında təşkil etdiyi müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ilə əlaqədar bu sahələrdə fəaliyyət göstərən sahibkarların da neqativ təsirlərlə qarşılaşdığı qeyd edilib, təsirlərin minimuma endirilməsi yolları müzakirə edilib.

Sahibkarlara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, təkliflərin hazırlandığı və koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupda müzakirə ediləcəyi bildirilib.

Müzakirələdə hazırkı şəraitdə sosial məsuliyyətin daha da artırılmasının önəmi bir daha özəl sektor nümayəndələrinin diqqətinə çatdırılıb, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verilməməsi tövsiyə olunub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı