Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir - BBN

“Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir

30 sentyabr 2022-ci il tarixində “Landmark” Hoteldə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) əməkdaşlığı çərçivəsində “Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqənin əvvəlində AFBİA-nın İdarə Heyətinin Sədri Ceyhun Hacıyev çıxış edərək, ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmiş və bu cür tədbirlərin bank sektoru ilə kapital bazarının qarşılıqlı şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının və ABA-nın nümayəndələri də Ceyhun Hacıyevin fikrinə dəstək olaraq, müsabiqənin önəmini öz çıxışlarında qeyd etmişlər.

Daha sonra birinci mərhələnin nəticələrinə əsasən münsiflər heyəti tərəfindən daha öncə seçilmiş 8 Bankın komandaları final mərhələsində ilk 3 yeri tutmaq üçün mübarizə aparmış və müsabiqənin sonunda aşağıdakı banklar müvafiq olaraq, birinci, ikinci və üçüncü yerlərin qalibləri olmuşdur:

1. Azərbaycan Beynəlxalq Bankı

2. Kapital Bank

3. PAŞA Bank

Müsabiqənin sonunda qaliblərə müvafiq sertifikatlar və mükafatlar təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, bu cür tədbirlər ölkəmizdə fəaliyyət göstərən bankların yerli korporativ istiqrazlara marağını daha da artıracaq, bankların risk departamentlərinin yerli kapital bazarına yeni yanaşmalar tətbiq etməsini stimullaşdırıcaq.

Related posts

Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı