Korrespondent Risk: Maliyyə Cinayətləri və Müxbir Bankçılıq

Müxbir bankçılıq əlaqələri yenidən gündəmdədir. Tənzimləyici orqanlar tərəfindən müxbir əlaqələrlə bağlı daha dərin araşdırmalar aparıldığından və korrespondent banklar daha ciddi nəzarət tələb etdiyindən respondent banklar hər an müxbir hesablarına xitam verilməsi təhlükəsi ilə üz-üzədirlər. Bu səbəbdən, indi respondent bankların yaratdıqları müxbir əlaqələrin dayanıqlılığı və şəffaflığını yenidən qiymətləndirməsinin və şəxsi maliyyə cinayətlərinə qarşı nəzarət mexanizmalarını yenidən yoxlanılmasının tam vaxtıdır.

Arxa Plan

Beynəlxalq maliyyə və ticarət sistemləri tranzaksiyaların harada baş tutmasından asılı olmayaraq tənzimlənməsini icra edən qlobal müxbir bankçılıq əlaqələri şəbəkəsinə dayanır. Klirinq qurumlarının sayının məhdud olmasına baxmayaraq, çox sayda banklar yerli və beynəlxalq bazardakı müştərilərinə xidmət göstərmək üçün bu klirinq qurumlarına arxalanırlar.

Respondent banklar da irəli sürülən yerli və xarici siyasi hədəflərin fərqliliyi səbəbindən xarici ölkələrdə müxbir hesablar saxlamağın özü ilə müəyyən risklər daşıdığından xəbərdardırlar. Məsələn, ABŞ qanunverici orqanları və məhkəmələri çirkli pulların yuyulması, sanksiyalar və digər maliyyə cinayətləri iddiaları səbəbindən xarici maliyyə qurumlarının ABŞ-da müxbir hesablardan istifadə ilə bağlı bir sıra qanunlar qəbul edilib.

Bu risklərə baxmayaraq, respondent banklar beynəlxalq müxbir bankçılıq əlaqələrini yüksək qiymətləndirirlər. ABŞ bazarına birbaşa çıxış bankların əməliyyat azadlığını asanlaşdırır, onlara müştərilərinə həlledici xidmətlər göstərməyə imkan verir və hətta bəzən bankın fəaliyyətini davam etdirə bilməyini təmin edir. Bu məqalə respondent bankların müxbir bankların üzərində olan nəzarət və hüquqi təzyiqləri anlamağına yardımçı olmaq və müxbir bankçılıq əlaqələrinin ən yaxşı idarəsinin ümumi izahını təmin etmək məqsədi daşıyır.

Müxbir bankçılıq risklərinin idarə edilməsi

Müxbir banklar respondent banklarla əlaqələrini əsas iki hədəf əsasında idarə edirlər: (1) müxbirlik əlaqələrinin saxlanması üçün lazımi hüquqi kriteriyalara cavab verməsi və (2) şübhəli əməliyyatların hesablarının ötürülməsi, çirkli pulların yuyulmasının qarşısının alınması və iqtisadi sanksiyalarla uyğunlaşması üçün ümumi komplayns və nəzarət mükəlləfiyyətlərinin qarşılanması.

Müxbirlik əlaqələrinin saxlanması üçün lazımi hüquqi kriteriyalar

Çirkli pulların yuyulmasına qarşı mübarizə (“AML”)/ Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə (“CFT”) təcrübəçiləri artıq müxbir bank hesablarının meydana gətirdiyi risklərlə tanışdırlar. Bu hesablar tez-tez böyük məbləğdə və çox sayda tranzaksiyalara gətirib çıxarır, lakin bu tranzaksiyaların altında yatan səbəblər haqda çox az miqdarda məlumat bildirilir. Birləşmiş Ştatlarda Konqress “USA PATRIOT” Aktının 311dən 313-ə qədər olan bəndlərində müxbir bankçılıq əlaqələrinin “AML” risklərinə xüsusi olaraq toxunub. Belə artan risklərə baxmayaraq, ABŞ tənzimləyici orqanları vurğulayıblarki, müvafiq gücləndirilmiş araşdırma işləri yalnız respondent banka fokuslandırılmalıdır, onun müştərilərinə yox. Başqa sözlə, bankın öz “müştərisinin müştərisi”ni yoxlamaq mükəlləfiyyəti yoxdur. Bununla belə, respondent bank üzərində həyata keçiriləcək gücləndirilmiş araşdırma müxbir bankın həm respondent bankla, həm də tənzimləyici orqanla əlaqələrini genişləndirəcək və nəzarət prosesində əhəmiyyətli məsələ olaraq qalmaqda davam edəcək.

Ümumi komplayns öhdəlikləri

Baxmayaraq ki, xüsusi nəzarət və tənzimləyici kriteriyalar müştərilərdən çox respondent banklara diqqəti cəmləşdirməyi təklif edir, bu bankın ümumiləşdirilmiş AML/CFT normalarına və sanksiya öhdəliklərinə (ümumilikdə “maliyyə cinayətləri əleyhinə” və ya “AFC”) ziddir. AML/CFT nöqteyi-nəzərdən banklardan şübhəli fəaliyyətlər barədə hesabat verməsi və çirkli pulların yuyulmasında istismar olunma riskini düzgün idarə etməsi tələb olunur. Sanksiyalar cəhətdən isə, ABŞ hökuməti müxbir banklardan risklərin elə yerindəcə öhdəsindən gəlməyini gözləyir.

Respondent bankın müştərilərinin məlumatlarına sahib olmadan bu öhdəlikləri yerinə yetirmək və bu riskləri idarə etmək böyük səy tələb edir. Respondent bankın üzərində həyata keçirilən gücləndirilmiş araşdırma işləri əsnasında müxbir bank respondent bankın AFC proqramının cari vəziyyəti, yerləşdiyi ölkənin AFC rejimi, onun AFC müşahidəçisinin effektivliyi və tranzaksiyalar və ya müxbir bankın tranzaksiya nəzarəti sistemində “qırmızı bayraq” qaldıran müştərilər barədə ətraflı məlumat almaq üçün adətən məlumat sorğularından (“RFIs”) istifadə edir.

Müxbir bankın spesifik və ümumi öhdəlikləri ilə uyğunlaşa bilməməsi milyard dollarlarla cəriməsi olan hesablaşma müqavilələr də daxil olmaqla mühüm cinayət və mülki məsuliyyətlə yekunlaşır. Bəzi hallarda, pul cəzaları xarici komplayns müşaviri və ya nəzarətçisi tərəfindən idarə olunan komplayns proqramını inkişaf etdirən xərcli öhdəliklər ilə müşayiət olunur. Nəticə olaraq, müxbir bank tərəfindən qaldırılan suallar respondent bankın yerləşdiyi ölkənin tənzimlıyici orqanının qaldırdığı suallar kimi araşdırıcı ola bilər. Əksər hallarda, müxbir bank məlumat sorğularında tənzimləyici orqandan daha tələbkar ola bilər, səbəb olaraq isə onun yalnız komplayns qanunları ilə yox həmçinin müxbir bank nizamlayıcılarının artırılmış yoxlaması mühitində AFC risklərinin effektiv menecmenti ilə maraqlanmağı göstərilir. Bəzi müxbir banklar üçün müxbir hesabların təklif etmək üçün icra riskləri çox yüksək və komplayns yükləri çox ağır ola bilər, bu isə respondent bank hesablarının bağlanması qərarı ilə nəticələnir.

Respondent bank nə edə bilər?

Respondent bankın nöqteyi nəzərindən, müxbir bank və AFC nizamlayıcısı arasındakı oxşarlıq əhəmiyyətli mülahizədir ki bu həmçinin respondent bankın müxbir bankı ilə münasibətlərini necə idarə etməli olduğuna da təsir edir. Güclü audit işinin müşahidəsi daxil olmaqla öz risk menecmenti öhdəliklərinin uyğunlaşdırılması baxımından müxbir bank və ya tənzimləyici orqan ilə münasibətlərin idarəsi respondent bank üçün nəzəri cəhətdən olduqca sadədir. Təcrübədə isə,  effektiv AFC proqramını təsis etmək prosesi kompleksləşdirir, vacib maliyyə və insan resurslarının yetərliliyini və respondent bankın dinamik məşğulluğunu tələb edir.

Effektiv risk menecmenti

Müxbir banklar əlavə icra riski yaratmayacaq və müxbir banka ötürməzdən əvvəl AFC riskləri ilə məşğul olaraq komplayns yüklərini azaldacaq banklarla əlaqələr yaratmaq istəyirlər. Müxbir bankın rəhbərliyinin respondent bankın AFC proqramından razı qalmasını və müxbir hesabın açılmasını təsdiqləməsini sığortalamağın əsas yolu müxbir bankın respondent bankın biznesinin əsas məğzini və AFC sistemlərinin effektivliyini tam anlamasına şərait yaratmaqdır.

Müxbir bankın respondent bankda əsas nəzərdən keçirəcəyi AFC proqramının mühüm tərkib hissələri aşağıdakılardır:

  • Respondent bankın biznesi və əməliyyat strategiyasına müvafiq risk dərəcələndirməsi
  • Dayanıqlı AFC komplayns siyasəti və prosedurları (KYC prosesləri və şübhəli fəaliyyətin hesabatının verilməsi)
  • AFC komplayns proqramına yetərli resursların axımını sığortalayan komplayns mədəniyyəti
  • AFC-dən məsul birinci, ikinci və üçüncü dərəcəli işçi heyəti üçün periodik olaraq müəssisə miqyaslı təlim
  • Müntəzəm, hərtərəfli və müstəqil araşdırmalar və AFC proqramının daxili yoxlamaları.

Xüsusi olaraq, müxbir bank əmin olmaq istəyər ki, respondent bankın müxbir hesablara birbaşa çıxış olan müştəriləri ilə bağlı respondent bank güclü araşdırma işləri aparıb və tələb olunduğu anda müxbir bankı lazımi məlumatlarla təmin edə biləcək. Həm korrespondent, həm də respondent banklar araşdırma işlərinin aparılması və məlumatın paylanması ilə bağlı müvafiq AFC komplayns öhdəliklərini tam qavramalı və aydın şəkildə sənədləşdirməlidir.

Müxbir bank həmçinin korporativ araşdırma firmasının və lokal hüquqi məsləhət bürolarının, eləcə də öz tənzimləyiciləri ilə məsləhətləşmələr ilə respondent bankın cari reputasiyası və onun nəzarət mexanizmasının keyfiyyəti ilə bağlı özündə fikir formalaşdıracaq.

Müxbir bank ilə məşğulluq

Respondent öz proqramını qurduqdan sonra müxbir hesab açmaq istədiyi korrespondent bankla öz yanaşması ilə bağlı effektiv və fəal əlaqə yaratmalıdır. Anket doldurulması və məlumat sorğularının cavablandırması artıq kifayət deyil, xüsusən də respondent bank hüquq nöqteyi-nəzərdən yüksək riskli ərazidə yerləşirsə. Daha doğrusu, respondent bank ekstensiv konsultasiyalarla, yerləşdiyi məkanı ziyarət etməklə və müntəzəm yeniliklərlə müxbir bankla əlaqəyə keçərək göstərməlidir ki, o AFC risklərini təyin edib və bu risklərlə bağlı lazımi addımları atmağa davam edir. Həmçinin respondent bank üçün müxbir banka görə yüksək riskli hesab ediləcək tranzaksiyaları təyin etmək və bu tranzaksiyaların niyə və necə həyata keçirildiyini müxbir banka aydınlaşdırmaq vacibdir. Bir sözlə, respondent banklar etibarlı şəkildə riskləri aşkara çıxara bildiklərini və bu riskləri yüngülləşdirmık üçün ağlabatan addımlar ata biləcəklərini sübut edə bilməlidirlər.

Bu cür şəffaflıq yorucu ola bilər. Əksər respondent banklar hüquqi cəhətdən müəyyən növ müştəri məlumatlarını müxbir banklar kimi üçüncü şəxslərlə məlumatın qorunması və bank sirri qanunlarına əsasən paylaşmaya bilərlər. Xüsusən isə, Avropa Birliyi (“EU”) respondent bankların müxbir bankların hüquqi öhdəliklərini qarşılamaqda ötrü “KYC” və “AML” məlumatlarını “EU” xaricinə transfer etməsinə ciddi qadağalar tətbiq edib. Bəzi respondent banklar hökumət və tənzimləyici orqanlarla işləyərək bu problemin həll yollarına nail olsalar da, bəziləri həll üçün texnologiyaya üz tutur və müvafiq hüquqi məsləhətləri əldə edir. Cari dövrdə gizli məlumat bazaları və kommunikasiya sistemləri də daxil olmaqla texnoloji yeniliklər respondent banklara öz müxbir banklarına lazım olandan artıq olmamaqla müştəri məlumatlarını ötürməyə imkan tanıyır. Bəzi hallarda isə, müxbir bankın bu məlumatlardan istifadəsini məhdudlaşdırmaq üçün məcburi müqavilələrin imzalanması vacibdir. Müştəri məlumatlarının paylaşıla bilməsi imkanı müxbir bankla məhsuldar əlaqələrin əsasının qoyulması və həlledici texniki xidmətlərin inkişaf etdirilməsi üçün mühümdür.

Nəticə

Respondent bank üçün müxbir hesab azadlıq, stabillik və strateji nailiyyət deməkdir. Korrespondent banklar bu əlaqələrə əlavə bir artırılmış yoxlanış təbəqəsi əlavə etsə də, respondent bankların özünü qoruya bilməsi üçün addımlar mövcuddur. Ən azından, etibarlı AFC proqramının əsasının qoyulması və saxlanması müxbir bankçılıq əlaqələrində uzunmüddətli tərəfdaşlıq qurmaq istəyən respondent bank üçün fundamental elementdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır