KPMG Azərbaycan şirkəti “Baku Analytical Route Summit” beynəlxalq sammitini keçirib – Foto

10 iyun 2024-cü il tarixində Four Seasons Hotel Baku otelində KPMG Qafqaz və Mərkəzi Asiya və KPMG Türkiyə şirkətinin təşkilatçılığı ilə “Baku Analytical Route Summit” beynəlxalq sammiti keçirilib.

Sammiti KPMG Türkiyə şirkətinin Partnyoru və Konsaltinq Departamentinin rəhbəri Alper Karacar və KPMG Azərbaycan şirkətində Konsaltinq praktikasının rəhbəri Rauf Atakişiyev giriş sözü ilə açıb.

KPMG-nin nümayəndələri, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın Akbank, Yapi Kredi, Ziraat bank, Ford Otosan, Kcell, Magnum Cash&Carry, TBC Group Uzbekistan, Pasha Holding, Kapital Bank, ABB, Pasha Bank, Azerconnect Group, Azercell böyük şirkətlərinin rəhbərləri məlumatların analitikası və proqnozlaşdırılması sahəsində süni intellektin, generativ süni intellektin (GenAI) və digər innovativ yanaşmaların tətbiqi ilə bağlı praktiki təcrübələrini və uğurlu nümunələrini bölüşüblər.

Sammit altı təqdimatdan və pərakəndə satış, telekommunikasiya və maliyyə sektorlarını əhatə edən üç panel sessiyasından ibarət olub.

“Rəqəmsal güc: Məlumatlara əsaslanan dayanıqlı şirkətlər” adlı ilk sessiya KPMG Türkiyə şirkətində İnnovasiya və Texnologiyalar üzrə Konsaltinq Departamentinin rəhbəri Gökhan Mataracının moderatorluğu ilə keçirilib.

“Süni intellekt əsaslı məlumatlara fokuslanmış təşkilatların fəaliyyətində düzgün kursun müəyyənləşdirilməsi” adlı ikinci sessiyanın moderatoru isə KPMG Azərbaycan şirkətində Texnologiyalar üzrə konsaltinq xidmətlərinin direktoru Anuar Nuraxmetov olub.

“Qərarların qəbulu və müştərilər üçün dəyərin yaradılması” adlı üçüncü sessiya KPMG Qafqaz və Mərkəzi Asiyada Texnologiyalar üzrə konsaltinq xidmətlərinin rəhbəri, Partnyor Konstantin Auşevin moderatorluğu ilə keçirilib.

Tədbir zamanı natiqlər süni intellekt tendensiyaları, rəqəmsal potensial və məlumatlara əsaslanan dayanıqlı şirkətlər; tənzimləyici çərçivələr və məlumatların qorunması aspektləri; satışın proqnozlaşdırılmasında neyron şəbəkələrin effektivliyi, məlumat mühəndisliyi və davamlı monitorinq analitikası və s. mövzular ətrafında çıxışlar ediblər.

150 qonağın iştirak etdiyi tədbir aktiv sual-cavab sessiyası ilə yekunlaşıb və bu da sammitin analitika, innovasiya və kibertəhlükəsizlik sahəsində əhəmiyyəti və aktuallığını bir daha vurğulayıb.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı