“Kredit büroları haqqında”  Qanun qəbul olunub

“Kredit büroları haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi ikinci oxunuşda fəsilləri ayrı-ayrılıqda səsə qoyulmaqla qəbul edilib. Millət vəkili Vahid Əhmədov çıxışında bildirib ki, ölkədə bir nömrəli problemlərindən biri bank sisteminin sağlamlaşdırılmasıdır:

“Qonşu Gürcüstanda bu qanun uğurla fəaliyyət göstərir. 6-7 il idi ki Mərkəzi Bankda bu qanun var idi, amma qəbul olunmurdu. Qanun layihəsi böyük sahəni əhatə edilməlidir. Əgər bunu düzgün icra etsək, 1,5 milyard problemli krediti qaytarmaq mümkün olacaq”.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır