Kredit kart nəhəngləri müştərilərinin daha çox xərcləmələr etdiyinin şahidi olublar – ABŞ-da

Ötən həftə kredit kart nəhəngləri Mastercard (MA), Visa (V) və American Express (AXP) özlərinin rüblük nəticələrini paylaşıblar. Hesabatlardan belə nəticəyə gəlmək olar ki, yüksək inflyasiya və iqtisadi tənəzzül qorxularına rəğmən müştərilər daha çox xərcləmələr ediblər. 

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, American Express-in CEO-su Stephen Squeri sayta açıqlamasında deyib ki, “biz iqtisadi tənəzzül siqnallarını görmürük”. 

Mastercard-ın CEO Michael Miebach isə rüblük hesabat çərçivəsində bildirib ki, makroqitisadi və geosiyasi qeyri-müəyyənliyə rəğmən müştərilər xərcləmələrə davam ediblər.

Visa-nın isə baş maliyyə mütəxəssisi Vasan Prabhu isə qeyd edib ki, “biznes trend inanılmaz dərəcədə stabildir. Hazırda isə şirkət bu trendin dəyişəcəyini düşünmür”. 

Cümə günü rüblük hesabat açıqlandıqdan sonra American Express-in səhmlərinin dəyəri 10%, Visa-nın isə 2% artıb, Mastercard-da isə cüzi dəyişiklik müşahidə edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı