BBN.az olaraq, kredit kartı təklif edən bankların tətbiq etdikləri illik faiz dərəcələrinə görə sıralamasını təqdim edirik. Kredit kartları üzrə faizlər 18-28% aralığında dəyişir. Bəzi banklarda isə bu faizlər müştərinin kredit tarixçəsinə və digər şərtlərə uyğun olaraq, fərdi şəkildə müəyyən edilir.
Sıralamanı Sizə təqdim edirik:
| Bank | Qeyd |
| ABB ASC | Nağdlaşdırma limiti – 50%. Güzəşt müddəti – minimum 30 gün olmaqla 60 günədək. |
| AFB bank ASC | Kreditin məbləği 10 000 AZN-dək olduqda zaminsiz, 10 001 AZN -dən yuxarı 1 nəfər, 15 001 AZN-dən yuxarı olduqda isə 2 nəfər zamin tələb edilməklə verilir. |
| Azər Türk Bank | Zaminsiz kreditin məbləği: min. 500 azn – maks. 5 000 azn |
| Bank BTB ASC | Müştərinin istəyinə görə mövcud tariflərə əsasən (Visa Electron / Maestro istisna olmaqla) .Kreditin valyutası AZN/USD . |
| Rabitəbank ASC | Kredit məbləği 10 000 AZN-dən yuxarı olarsa əmək haqqı minimum 5 000 AZN və ya VİP müştərilərə verilə bilər. Kredit məbləği 3 000 AZN-dək zaminsiz, 3 001 AZN-dən yuxarı 1 nəfərin zaminliyi ilə. |
| Kapital Bank ASC | BirKart limitinizin yalnız 50%-ə qədərini nağdlaşdıra bilərsiniz. BirKart-ı Kapital Bank və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər; |
| TuranBank ASC | Təminat tələb olunmur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə kredit kartı verildikdə təminat olaraq zamin (DTİ əmsalı hesablanmaqla rəsmi gəliri olan fiziki şəxslər) və ya sərt girov tələb olunmalıdır. |
| Yelo Bank ASC | Məbləğ 5000 AZN-dək olduqda Yelo Light, 5000 AZN və daha yuxarı olduqda isə Yelo Premium kartı pulsuz verilir |