Kredit qərarının verilməsi simulyasiyası keçirilmişdir – Foto

20-21 aprel 2024-cü il tarixlərində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) və Lukwise şirkətinin birgə təşkilatçılığı ilə Kredit Qərarının Verilməsi Simulyasiyası keçirilmişdir.

Tədbirdə bankların və digər kredit təşkilatlarından 26-a yaxın nümayəndə iştirak etmişdir.

Simulyasiya çərçivəsində real hadisələr üzərində qurulmuş 6 qəliz kredit qərarının verilməsi üzrə 5 süni kredit komitəsi, həm də iştirakçılar arasında oyun təşkil edilmişdir. İştirakçılar verilən sənədləri araşdırmaqla və suallar verməklə “müştərini” və onun vəziyyətini anlamağa çalışır və maksimum kreditləşmə həcminə maksimum mənfəətlə çatmaq üçün yarışırdılar.
Simulyasiya zamanı kredit qərarının verilməsi zamanı Azərbayca-Türkiyə təcrübəsindəki yanaşmalar arasındakı fərqlər də izah edilmişdir.

Sonda bütün iştirakçılar sertifikatla təltif edilmişdir.

Qeyd edək ki, Lukwise 14 il ərzində Türkiyədə 3000-dən çox iştirakçı arasında bu simulyasiyanı keçirmişdir. Lukwise şirkətinin ölkəmizdəki yeganə rəsmi təmsilçisi ABTC-dir.

Related posts

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

İstanbulda Azərbaycan – Türkiyə enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatlarda inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı