Kredit qoyluşlarında azalan trend hələ də hökm sürür

1 iyun tarixinə kredit qoyuluşları  17,65 mlrd. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,5 milyard manat və ya 16,6% azdır.

Bu Mərkəzi Bankın statistik göstəricilərindən məlum olur.

Bu il üçün kredit qoyuluşlarının aylıq olaraq əks olunduğu cədvələ nəzər yetirdikdə kredit qoyuluşlarında azalan trendin hökm sürdüyünü görmək mümkündür.

kredit qoyuluşları 2

Bu ilin ilk beş ayında aylıq orta hesabla 3%-lik azalma müşahidə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır