Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə təşkil olunub - BBN

Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə təşkil olunub

01 mart 2023-cü il tarixində Bakı KOB evində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun tərəfdaşlığı ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib. Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının, bank və sığorta şirkətlərinin və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər və Azərbaycanda biznesə dəstək mexanizmləri, həmçinin mövcud vəziyyət və perspektivlərə dair aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Çıxışçılar sırasında isə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edib.

Sonra İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə zəmanət mexanizmi barədə təqdimat keçirilib. Tədbir çərçivəsində kredit zəmanət mexanizminin biznesin inkişafında roluna, mexanizmin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı