“Əgər özəl kriptoları böyüməyə icazə versək, növbəti maliyyə böhranının səbəbi onlar tərəfindən ola bilər”.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda çərşənbə günü Hindistanın Mərkəzi Bankının rəhbəri Shaktikanta Das deyib.
O, deyib ki, kriptoların heç bir dəyəri yoxdur. Onları spekulyativ adlandıraraq bildirib ki, gərək ki, kriptolar qadağan edilsin. Das-ın bu şərhi isə o vaxt gəlib ki, Mərkəzi Bank Hindistan rupisinin rəqəmsal versiyasını təqdim etməyə hazırlaşır.