Kriptovalyuta bazarının son göstəriciləri

Martın 12-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi bahalaşıb.

BBN.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında 2.05% bahalaşaraq 81 870 ABŞ dolları təşkil edib.

Son bir gündə “Ethereum”un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.98% azalaraq 1 874 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.05%, BNB isə 2.54% bahalaşıb.

Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Related posts

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri

“Bitcoin” yenidən bahalaşmağa başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı