Kriptovalyuta əməliyyatlarına görə bəyannamə tələb olunur

Kriptovalyuta əməliyyatlarına görə bəyannamə tələb olunur. Belə ki, bəyannamələrin verilməsi ilə bağlı son tarix ərəfəsində ABŞ Vergi Xidməti vergi ödəyicilərinə kriptovalyuta əməliyyatları nəticəsində əldə etdikləri gəlirlər barədə məlumat verməyin zəruriliyini xatırladıb.

Xəbərdarlıq bildirişində göstərilib ki, bu gəlirlər barədə məlumatın təqdim edilməsi ağır nəticələrə səbəb ola bilər.

BBN.azVergilər” qəzetinə istinadən xəbər verir ki, Vergi Xidmətinin normativ tələblərinə uyğun olaraq, ABŞ-da rəqəmsal valyutalar federal vergitutma məqsədləri ilə əmlak obyektləri qismində qiymətləndirilir. Kriptovalyuta üçün eynilə əmlak aktivləri üçün tətbiq olunan qaydalar tətbiq edilir.

Hazırda dünyada 1500-dən artıq kriptovalyuta mövcuddur. ABŞ-ın Vergi Xidmətində qeyd edildiyi kimi, kriptovalyutalar  anonim təbiətli olduğuna görə, vergi ödəyicilərinin çoxu bu aktivlərdən əldə etdikləri gəlirləri gizlətməyə cəhd göstərirlər. ABŞ qanunlarına əsasən, beş ilə qədər həbs cəzasına və ya 250 min dollar pul vəsaitinə başa gələ bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır