Kriptovalyutalarla bağlı “fraud” sorğularında artım qeydə alınıb

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Qərbi Avropa ölkələri, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, bəzi ölkələr kriptovalyutadan istifadəni məhdudlaşdırmağa davam edir.

Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara məhdudlaşdırma tətbiq edib. Məhdudlaşdırmaların əsas səbəbi kimi isə, kriptovalyutaların qeyri-mərkəzləşdirilmiş olması və bunun da dələduzluq hallarına imkan yaratması göstərilir.  

Böyük Britaniyanın maliyyə bazarları üzrə tənzimləyici qurumu (Financial Conduct Authority) ötən ilin sentyabr ayınadək daxil olan kriptovalyutalar üzrə dələduzluq cəhdlərinin sayını açıqlayıb. Qurum bildirib ki, sözügedən dövrdə ümumilikdə 16400 potensial “fraud” sorğusu sistemə daxil olub. Bu sorğulardan 300-dən çoxu barədə iş açılıb, hazırda isə 50-dən çox davam edən istintaq araşdırması mövcuddur. Ümumilikdə isə, 4300 sorğu tənzimləyici orqanın saytı “ScamSmart” vasitəsilə sistemə daxil edilib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı