5 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində “Kristal Bakı” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 18 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“Kristal Bakı” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001022255 |
|
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
|
Səhmlərin sayı |
990,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1 manat |
|
Buraxılış həcmi |
990,000 manat |
|
Anderrayter |
“Assist Finance İ.Ş” ASC |
|
Ticarətə buraxılma tarixi |
18.09.2024 |