Kristin Laqard 2 faiz inflyasiya hədəfinə 2025-də nail olacaqlarını bildirib

Daimi 2 faiz inflyasiya hədəfi ilə bağlı Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard, “Böyük bir şok yaşanmazsa, bu, 2025-ci ildə əldə ediləcək”, deyə bildirib.

BBN.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard ECB-nin saytında yer alan Fransanın        “Le Monde” qəzetinə müsahibəsində bəzi məqamlara toxunub.

O qeyd edib ki, bu yaxınlarda ECB-nin keçmiş prezidenti Mario Draqinin Avropa iqtisadiyyatının qlobal inkişaflara qarşı rəqabət qabiliyyətinə dair dərc etdiyi tənqidi hesabat faktları əks etdirir.

Laqard, Draqinin hesabatında texnologiya sektorundan yaranan məhsuldarlıq boşluğuna diqqət çəkdiyini vurğulayaq , “Avropada fəaliyyətə başlayan, sonra isə başqa yerlərdə inkişaf edən şirkətlərin qalması üçün səy göstərməliyik. Biz onların qalmasına çalışmalıyıq”, ifadələrindən istifadə edib.

Avropanın mühüm problemləri olduğuna diqqət çəkən Laqard, “Avropa geridə qalır. Bu doğrudur. Fransa da həçinin belədir. “Biz Avropanın niyə geridə qaldığına baxmağımız vacibdir”, deyə çıxışında bildirdi.

Avropa iqtisadiyyatındakı mövcud vəziyyəti qiymətləndirən Laqard qitə iqtisadiyyatı üçün bu il, 2025 və ya 2026-cı illərdə heç bir tənəzzül əlaməti görmədiklərini bildirib.

Laqard, inflyasiya ilə mübarizənin hələ bitmədiyini və iki il əvvəl inflyasiya 10,6 faiz olduğunu diqqətə çatdırıb ki.

“Bu, 1,7 faizə qədər azalıb. Bəlkə də bir neçə ay əvvəl faiz artımına başlaya bilərdik. Lakin biz faiz dərəcələrini indiyə qədər ən yüksək sürətlə artırdıq və qısa müddətdə inflyasiyanı əhəmiyyətli dərəcədə azalda bildik.”

Laqard inflyasiyanın davamlı və daimi əsasda 2 faiz hədəfinə çatmasını istədiyinə diqqət çəkərək, “Böyük bir sarsıntı olmasa, bu 2025-ci ildə baş verəcək”, deyə bildirib.

 

Related posts

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı