Kristin Laqard Türkiyə ilə bağlı açıqlama verib

Türkiyədə uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin Mərkəzi Bankı (TCMB) və digər təşkilatlar tərəfindən atılan çevik addımlar maliyyə bazarlarını tənzimləməkdə təsirli oldu.

Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard deyib. O bildirib ki, Türkiyənin Mərkəzi Bankı və maliyyə təşkilatları daxil olmaqla digər qurumlar bankların fəaliyyətini davam etdirməsi üçün bir-birinə uyğun çox güclü reaksiya verdilər. Dövlət çevrilişi cəhdinə qarşı bazarın reaksiyası mülayim oldu. Türkiyə lirəsi gözlənildiyi qədər sərt təsir görmədi. Çox qeyri-adi bir hadisənin ardından bazarlar ümumi olaraq nizamlı bir formada fəaliyyətini davam etdirdi.

Mənbə: banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır