Küveyt və Səudiyyə Ərəbistanı razılığa gəlib

Dünya neft bazarının nəhəng iştirakçılarından olan Küveyt və Səudiyyə Ərəbistanı iki ölkə arasında yerləşən neytral zonada ortaq neft hasilatının yenidən başladılacağını açıqlayıblar. 24 dekabr tarixində hər iki ölkənin rəsmiləri tərəfindən imzalanan müqaviləyə əsasən neytral zonada yerləşən Hafci və Vafra neft sahələrində növbəti ildən xam neft hasilatına start veriləcək.

 Sözügedən neft sahələrində həyata keçiriləcək maksimal xam neft hasilatı gündəlik 500 min barel həcmində proqnozlaşdırılır. Hasilatın böyük bir qismi amerikan neft şirkəti “Chevron” tərəfindən həyata keçiriləcək.

Səudiyyə Ərəbistanının enerji məsələləri üzrə naziri Abdulaziz bin Salman media nümayəndələrinə açıqlamasında, yeni müqavilənin beynəlxalq bazara çıxarılacaq xam neft həcminə təsir etməyəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır