Ləğv prosesində olan bir sıra bankların balansında olan əmlaklar satılıb

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası 16 yanvar 2018-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

BBN.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser “Matica Z9”  satılıb.

Qeyd edək ki,  həmçinin  ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1ədəd “Mitsubishi Pajero”, 1  ədəd “Ford Focus” minik avtomobilləri, 1 ədəd HCM (bank avadanlığı) və 1 ədəd embosser “Matica Z3” satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır