Ləğv prosesindəki banklara krediti necə ödəmək lazımdır?

Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan banklara kredit öhdəliyi olan müştərilərinin diqqətinə çatdırır ki, artıq borclu olduqları banklara kredit ödənişlərini onlara yaxın ərazidə yerləşən MilliÖN Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

 

Ödəşin həyata keçririlməsi üçün təlimatı diqqətinizə çatdırırıq:

 

  1. MilliÖn terminalının menusundan “Bank Xidmətləri” seçilir.
  2. “Bank Xidmətləri”-nin 3-cü səhifəsindən “ADİF” seçilir
  3.   Krediti ödəniləcək şəxsin Şəxsiyyət Vəsiqəsində olan “PİN” kodu daxil  edilir.
  4.   Məlumat təsdiq edilir
  5.   Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adı seçilir.
  6.    Seçilmiş Bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçir.
  7. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək “irəli” düyməsi seçilir və qəbz terminaldan götürülür.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır