Lənkəran rayonunda investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Darquba kəndində işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Belə ki, Lənkəran rayonu üzrə sahibkarlıq subyektlərindən çəltikçilik, sitrus bağçılıq, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının və çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır