Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlarının nəzərinə İKİNCİ BİLDİRİŞ - BBN

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlarının nəzərinə İKİNCİ BİLDİRİŞ

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG bank” ASC-nin ləğvedicisi təyin edilmişdir

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

–  kreditorun adı və ünvanı;

–  tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

–  tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.

QEYD: Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcəkdir.

Related posts

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı