Ləğv prosesində olan bankların ƏSF tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti uzadılıb

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə ləğv prosesində olan “Amrahbank” ASC-nin, 2-3(103)-131/2020 saylı qərarı ilə ləğv prosesində olan “NBC Bank” ASC-nin, 2-3(103)-129/2020 saylı qərarı ilə ləğv prosesində olan “Atabank” ASC-nin və 2-3(103)-139/2020 saylı qərarı ilə ləğv prosesində olan “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılmışdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı; 

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Ləğv prosesində olan “Amrahbank” ASC üzrə –  

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.  

Ləğv prosesində olan “NBC Bank” ASC üzrə 

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932 

Ləğv prosesində olan “Atabank” ASC üzrə 

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;  

Qaynar xətt – 136. 

Ləğv prosesində olan “AG Bank” ASC üzrə 

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135 

Əlavə olaraq bildiririk ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaqdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı