Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Laçın, Xocalı, Ağdərə və Xocavənddə özünüməşğulluq proqramı üzrə yeni kiçik ailə biznesləri yaradıldı - BBN

Laçın, Xocalı, Ağdərə və Xocavənddə özünüməşğulluq proqramı üzrə yeni kiçik ailə biznesləri yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Bu dəfə Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Çatdırılma xidməti”, “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti”, “Arıçılıq təsərrüfatı”, “Keçiçilik təsərrüfatı”, “Maldarlıq təsərrüfatı” və “Qoyunçuluq təsərrüfatı” zərfləri üzrə aktivlər təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 633 şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.

Related posts

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

YAPONİYA ÖDƏNİŞ NƏHƏNGİ ABŞ BİRJASINDA: PAYPAY IPO-DAN $880 MİLYON CƏLB ETDİ

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı