Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Laqard: AİB faiz dərəcələrini saxlayır və avrozonanın iqtisadi dayanıqlığını qeyd edir - BBN

Laqard: AİB faiz dərəcələrini saxlayır və avrozonanın iqtisadi dayanıqlığını qeyd edir

Avropa Mərkəzi Bankı (AMB) üç əsas faiz dərəcəsini dəyişməz saxlayıb.

BBN.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard Frankfurt şəhərində İdarə Heyətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövcud qiymətləndirmə avrozonada inflyasiyanın orta müddətli perspektivdə hədəf səviyyə olan 2% ətrafında sabitləşəcəyini təsdiqləyir. AMB-nin yenilənmiş proqnozlarına əsasən, inflyasiya 2025-ci ildə orta hesabla 2,1%, 2026-cı ildə 1,9%, 2027-ci ildə 1,8% olacaq və 2028-ci ildə yenidən 2%-ə qayıdacaq.

İqtisadi artım gözləntiləri üstələyib və daxili tələbat, investisiyalar və dayanıqlı əmək bazarı hesabına dəstəklənəcək. Laqardın sözlərinə görə, iqtisadi artım 2025-ci ildə 1,4%, 2026-cı ildə 1,2%, 2027 və 2028-ci illərdə isə 1,4% təşkil edəcək.

Laqard vurğulayıb ki, Avropa Mərkəzi Bankı məlumatlara əsaslanan yanaşmanı davam etdirəcək və faiz dərəcələrinin gələcək trayektoriyasını əvvəlcədən müəyyən etməyəcək. Onun sözlərinə görə, tənzimləyici qurum “yaxşı mövqedədir”, lakin geosiyasi vəziyyət, ticarət riskləri və əməkhaqqı dinamikası ilə bağlı yüksək qeyri-müəyyənlik səbəbindən müxtəlif addımlara əl ata bilər.

Related posts

Ağ Ev: Neft qiymətlərindəki artım müvəqqətidi

Aİ enerji qiymətlərinin yüksək olmasından narahatdır

“Anthropic” ABŞ administrasiyasını məhkəməyə verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı