Latın Amerikasının 5 ən böyük iqtisadiyyatları ilə bağlı 2022-2023-cü il inkişaf proqnozu – IMF

Latın Amerika regionu ölkələri 2022-ci ilin əvvəlində iqtisadiyyatlarını möhkəmləndirib, ancaq iqtisadi aktivliyin yavaşlaması və inflyasiyanın davamlılığı onların müqavimətini yoxlayacaq.

BBN.az The International Monetary Fund-ın (IMF) rəsmi bloquna istinadən xəbər verir ki, ABŞ üçün 2023-cü il inkişaf proqnozu əhəmiyyətli dərəcədə 2.3%-dən 1.0%-ə, Kanada üçün isə 2.8%-dən 1.8%-ə salınıb. 

IMF-dən deyilib ki, qiymət təzyiqi bəzi vaxtlar regionda digər qitələrdə olduğu kimi yüksək qalıb, inflyasiya proqnozu 2022-ci il üçün 12.1%, 2023-cü il üçün isə 8.7% proqnozlaşdırılır, bu isə son 25 ildə ən yüksək göstəricilərdir.

“Biz gözləyirik ki, Latın Amerikasının 5 ən böyük iqtisadiyyatı olan ölkələrində – Braziliya, Çili, Kolombiya, Meksiko, Peruda inflyasiya ilin sonuna qədər Mərkəzi Bankların hədəf diapozonlarının yuxarı həddini orta hesabla 400 baza bənd keçəcək, növbəti ilin bir hissəsi üçün hədəf səviyyədən kənarda qalacaq. Valyuta məzənnəsinin daha da zəifləməsi – xüsusən qlobal maliyyə şərtləri daha da sərtləşərsə və artan əmək haqqı təzyiqləri bəzi ölkələrdə mövcud indeksləşdirmə mexanizmləri ilə birlikdə əlavə inflyasiya təzyiqlərinə səbəb ola bilər”, – deyə The International Monetary Fund-ın yeni hesabatında bildirilib. 

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı