Latviya ilə əməkdaşlığın inkişafı müzakirə edilib

Latviya ilə ölkəmizdə istehsal edilən qeyri-neft məhsullarının ixracı, alternativ enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair müzakirələr aparılıb

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits ilə görüşüb.

Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair  fikir mübadiləsi aparıblar.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı