“Legion Financial” ASC-in istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

20 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2004025469
İstiqrazların növü və forması İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Birqəymətli hərrac
İstiqrazların sayı 1,000 ədəd
İlkin ticarət qiyməti 1,000 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 16.5%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir 
Tədavül müddəti 5 il
Ticarətə buraxılma tarixi Emitent tərəfindən bildiriləcək
Anderrayter “Unicapital İ.Ş.” ASC

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Asiya birjaları yüksəldi, Nikkei tarixi maksimumlara yaxınlaşdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı