“Libra” dövriyyəyə buraxılmadan təhlükəsizlik problemləri ilə üzləşib

Bildiyiniz kimi “Facebook” 2020-ci ildə bazara çıxaracağı kripto pul vahidini “Libra” deyə adlandırıb. Mastercard və Visa kimi ödəniş sistemlərinin də dəstəklədiyi bu pul vahidi “Calibra” adlanan virtual cüzdanda yerləşəcək.

Eyni zamanda platformanın istifadəçiləri “Libra”-nı öz aralarında köçürə biləcəklər.

2020-ci ildə çıxması gözlənilən yeni valyuta, özü ilə birlikdə müxtəlif təhlükəsizlik problemlərini də gətirir. Belə ki, saxtakarlar “Calibra” virtual cüzdanına bənzər müxtəlif tətbiqlər yaradıb və “Libra”nın satışını həyata keçirəcəklərini iddia edərək istifadəçiləri aldatmağa çalışıblar. Halbuki, Libranın dövriyyəyə buraxılmasına bir neçə ay var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır