Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Listinqlə bağlı yeniliklər, Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçiriləcəkdir - BBN

“Listinqlə bağlı yeniliklər, Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçiriləcəkdir

28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və Azfinance İnvestisiya şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA-ya) üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün onlayn təlim keçiriləcəkdir.

Təlim zamanı təqdimatçılar tərəfindən AMFA-ya üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcəkdir. Tədbirin əsas məqsədi mikromaliyyə sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listinqdə saxlanılması üstünlüklərini çatdırmaqdır.

Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və Bakı Fond Birjasında listinqə təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Qeyd edək ki, AMFA 13 sentyabr 2021-ci il tarixindən Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına tərəfdaş qismində qoşulmuşdur.

Related posts

Asiya birjaları düşür: neft bahalaşması bazarları sarsıdır

Asiya birjaları çöküşdə: İran müharibəsi bazarlarda qorxunu artırdı

ASİYA BİRJA BAZARLARINDA RİSK ARTI: BANK OF SINGAPORE PROQNOZUNU AŞAĞI SALDI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı