Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır - BBN

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

24–27 noyabr 2025-ci il tarixində Liviya Dövlətinin Baş nazirin müşaviri Mohamed Abdusalamın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Təqdimat zamanı hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, data əsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarəedilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.

Həmçinin qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzləri, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radio ilə də yaxından tanış olublar.

Liviyalı rəsmilər “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildirib və ölkəmizin müvafiq təcrübəsinin yaxın müddətdə Liviyada tətbiqində maraqlı olduqlarını qeyd ediblər.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı