Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin ilk tədbiri keçirilib - BBN

Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin ilk tədbiri keçirilib

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin açılışı olub.

Lütfi Zadə Texnologiya Mərkəzinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Paşa Bank” və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilən “Tətbiqi Elm Həftəsi” 5 fevral tarixinədək davam edəcək.

Təbirdə “Tətbiqi Elm Həftəsi”nin rəssam Adil Əsədli tərəfindən hazırlanmış emblemi, həftənin məqsədi və Lütfi Zadə Texnologiya Mərkəzinin təsis olunması haqqında məlumat verilib.

Bildirilib ki, fevralın 4-də Lütfi Zadə Texnologiya Mərkəzinin rəsmi açılışı olacaq. Mərkəzin fəaliyyəti inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovörkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması və innovasiya ekosisteminin üzvləri üçün ortaq platformanın yaradılmasına yönəlib.

Qeyd olunub ki, həftə çərçivəsində “Elmin tətbiqini necə sürətləndirmək?” və “Ekosistemi necə inkişaf etdirmək?” kimi mövzularda canlı və onlayn formatda müzakirələr aparılacaq.

Daha sonra tədbir “Lütfi Zadə irsi və Azərbaycan mütərəqqi fikri” adlı rəsm sərgisi ilə davam edib. Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvü Adil Əsədlinin rəsmləri əsasında təşkil olunub.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı