Mərkəzi Bank 1.5 mln. ədəd not buraxacaq

21 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 1,500,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100358S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların hər birinin nominal dəyəri 100 manatdır.

Qeyd edək ki,  notların tədavül müddəti 28 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır