Mərkəzi Bank daha 50 mln. manat depozit cəlb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirəcək.

Bu gün keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 ay təşkil edir.
“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır