Mərkəzi Bank ADİF-ə 100 milyon manat köçürüb

Azərbaycan Mərkəzi Bank (AMB) lisenziyası ləğv olunan banklarda əmanətlərin qaytarılmasına görə Əmanətlərin Sığortalanması Fonduna indiyədək 100 mln. manat məbləğində vəsait verib.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Onun sözlərinə görə, bu vəsait 2 tranşla fondun hesabına köçürülüb: “Qorunan əmanətlərin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna ilk tranşda 80 milyon manat, ikinci tranşda isə 20 milyon manat köçürülüb”.

Mənbə : apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır