Mərkəzi Bank: Depozitlərin həcmi artıb

Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla məcmu bank depozitlərinin həcmi 2016-cı il iyunun 1-nə  artaraq 23 148,1 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata əsasən, depozitlərin həcmi mayın 1-nə nisbətən 590 mln. manat və ya 2,61% artıb, ötən illə müqaisədə bu məbləğ 4 572,8 mln. manat və ya 24,61% təşkil edib.

Manatla depozitlərin həcmi bir ay ərzində  116,3 mln. manat və ya 2,68% artıb, illik müqayisədə isə 506,2 mln. manat və ya 10,21% azalaraq 4 450,8 mln. manat təşkil edib. O cümlədən, müddətsiz depozitlər son bir ayda 52,8 mln. manat və ya 2,41%, illik nisbətdə 279,5 mln. manat və ya 14,24% artaraq 2 241,8 mln. manata çatıb. Müddətli depozitlər isə son bir ayda 63,5 mln. manat və ya 2,95% artıb, illik müqayisədə isə 85,7 mln. manat və ya 2,86% azalaraq 2 209 mln. manat təşkil edib.

ABM-nin verdiyi hesabata əsasən, xarici valyutada olan depozitlərin həcmi isə may ayında  473,7 mln. manat və ya 2,59% artıb, ötən illə müqaisədə isə 5 078,9 mln. manat və ya 37,29% artaraq 18 697,2 mln. manat təşkil edib. Xarici valyutada müddətsiz depozitlərin həcmi son bir ayda 3,2 mln. manat və ya 0,05% artaraq, illik müqayisədə 2 326,7 mln. manat və ya 73,02% artaraq 5 512,9 mln. manata, müddətli depozitlər isə 470,5 mln. manat və ya 3,7% artaraq, illik nisbətdə 2 752,2 mln. manat və ya 26,38% artaraq 13 184,3 mln. manata çatıb.

Mənbə : report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır