Mərkəzi Bank məxaric və mədaxil tariflərini artırır

Gələn aydan bankların Mərkəzi Bankdan məxaric etdikləri hər 50 və 100 manatlıq əskinaza görə 0,1% tarif tətbiq ediləcəkdir.

Bank dairələrindən BBN.az-a verilən məlumata əsasən, eyni gündə ediləcək ikinci və sonrakı sirfarişlər üçün bütün nominallı əskinazların məxaricinə və mədaxilinə tətbiq edilən tarif 0,05%-dən 0,1%-ə yüksəldiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır