Home » Mərkəzi Bank tərəfindən Bakı Mühəndislik Universitetində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim keçirilib

Mərkəzi Bank tərəfindən Bakı Mühəndislik Universitetində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim keçirilib

by Aytac
0 comments 0 views 1 minutes read

Mərkəzi Bank rəqəmsal maliyyə texnologiyaları ekosisteminin inkişafının təşviqinə, həmçinin bu sahədə məlumatlılığın artırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə ölkənin qabaqcıl təhsil müəssisələrindən biri olan Bakı Mühəndislik Universiteti (BMU) ilə əməkdaşlıq çərçivəsində universitetin tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda dördgünlük təlim proqramı təşkil edilib.

25 tələbənin iştirak etdiyi bu proqram çərçivəsində “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Maliyyə sektorunda kibertəhlükəsizlik” və “Ödəniş sistemləri və innovasiyalar” mövzularında keçirilən təlimlərdə dövrümüzün aktual məsələləri əhatə olunub. Mərkəzi Bankın nümayəndələri tərəfindən təlimlər zamanı iştirakçılara sözügedən sahələr üzrə müasir yanaşmalar və praktiki tövsiyələr təqdim olunub, nəzəri biliklər ilə real dünya təcrübəsi cəmləşdirilib.

Aktual mövzular barədə ətraflı məlumatlar iştirakçılar üçün faydalı müzakirə mühiti yaratmaqla yanaşı, həm də maliyyə sektorunda baş verən rəqəmsal transformasiyanı daha dərindən anlamağa kömək edib.

Yekunda proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara Mərkəzi Bank tərəfindən sertifikatlar təqdim olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.